Azad edilmiş ərazilərdə yanğınların söndürülməsi davam etdirilir –VİDEO

Ağdam, Xocalı, Xocavənd, Füzuli, Ağdərə rayonlarında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğınların söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, relyefin mürəkkəbliyi, havanın yüksək temperaturu və küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirsə də yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq həyata keçirilir: “Ümumilikdə yanğınların söndürülməsi əməliyyatında FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri, Qarabağ Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin helikopterləri iştirak edir.

Əlavə məlumat veriləcək.

https://youtu.be/HOXGcYaQNVI

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.