“Azad edilmiş ərazilərin bərpası üçün xüsusi təlimatlar yoxdur” –Prezidentin köməkçisi

“Bu gün bu torpaqda bir daş belə ümumi əlaqələndirmə, ümumi elmi yanaşma olmadan yerindən tərpədilib, ayrı yerə qoyula bilməz”.

Bunu bu gün Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı çərçivəsində “Qarabağın bərpası və yenidən qurulmasında Azərbaycan diasporunun töhfələri” mövzusunda panel iclasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

O bildirib ki, amma bunun üçün elmi yanaşmalar lazımdır: “Bu gün qurultayda hamınıza səslənirəm. Elmi yanaşmalar, ən son yeniliklər, texnoloji irəliləyişlər bizə lazımdır. Bu gün Qarabağda, azad edilmiş ərazilərdə gedən bərpa-quruculuq prosesi heç bir dərslikdə yazılmayıb. Bunun xüsusi proqramı, təlimatları yoxdur. Biz bu gün bu proseslərin içərisində olarkən öyrənə-öyrənə gedirik. Bu baxımdan bizim səfərbər olmağımız, sistemli hərəkət etməyimiz vacibdir. Şuşa çox balaca şəhərdir və Qarabağın bərpasının miqyasından danışarkən biz demək olar ki, yer üzündən silinmiş Ağdama, Füzuliyə baxmalıyıq. Bizim yüzlərlə kəndimiz, qəsəbəimiz var ki, viran qalıb, daş-daş üstə qalmayıb. Amma bütün bunlara baxmayaraq, Azərbaycan xalqı qurub-yaradan xalqdır”. (APA)

Əvvəlki məqalə

Putin Şarl Mişellə Qarabağı müzakirə edib

Sonrakı məqalə

“Minsk Qrupu özü-özünü məhv edəcək prosesə qədəm qoydu” –