Azadlıq Partiyasının sabiq sədri Əhməd Oruc vəfat edib

Ləğv edilmiş Azadlıq Partiyasının sabiq sədri Əhməd Oruc vəfat edib. 

AzPost bildirir ki, bu barədə mərhumun yaxın dostu Kamran Məhərrəmli məlumat verib. Ə.Oruc müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Ə.Oruc bbir neçə gün əvvəl insult diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

 Ə.Oruc ürəyində ağrılarla bağlı Elmi-Tədqiqat Kardiologiya İnstitutuna həkim qəbuluna gedib. O, institutda olarkən insult keçirib.
Xatırladaq ki, bu ilin iyun ayında siyasətçinin oğlu Günxan Oruc vəfat edib.
Əhməd Oruc siyasətçi və publisist kimi fəaliyyət göstərib.
1992-93-cü illərdə Prezident Administrasiyanda işləyib.
Azadlıq Partiyası ilk dəfə 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Partiya ötən il Ədliyyə Nazirliyi tərəfindən təkrar qeydə alınmayıb.

Allah rəhmət eləsin!

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.