“AZAL”-da ciddi yeniliklər başlayır, yeni strukturlar yaradılır–

NAZİR AÇIQLADI
02 Yanvar 2022 - 17:31

Azərbaycan hökuməti dövlət aviaşirkəti olan «Azərbaycan Hava Yolları»nda – AZAL-da ciddi yeniliklərə başlamağa hazırlaşır.

Bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.

«Bizim əhalini ən çox maraqlandıran suallardan biri «Azərbaycan Hava Yolları» və «Azərbaycan Dəmir Yolları» effektiv işləməsidir»-deyən nazir bildirib ki, 2022-ci il hər iki şirkətin həyatında vacib il olacaq. Onun sözlərinə görə, artıq bu şirkətlərdəki dəyişikliklər üçün yeni strukturlar yaradılır.

«Bu şirkətlərdə tranformasiya ofislərinin yaradılması planlaşdırılır, onlar artıq yanvar ayından yaradılacaq».

Nazir açıqlayıb ki, artıq hər iki şirkətdə – həm AZAL, həm də Dəmir Yollarında dəyişikliklər planı hazırlanıb: «Xarici məsləhətçi şirkətlər dəvət edilərək onların növbəti illər, növbəti 5 il üçün inkişaf strategiyaları hazırlanıb».