“AZAL təyyarəsinin qəzası ilə bağlı bizim üçün hər şey aydındır” –İLHAM ƏLİYEV

“Təəssüf olsun ki, AZAL təyyarəsinin Aktaudakı qəzası ilə bağlı biz Rusiya tərəfindən heç bir cavab almamışıq”.

Bunu Prezident İlham Əliyev 3-cü Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə deyib.

Dövlət başçısı bildirib ki, artıq hadisədən 7 ay keçib: “Bizim üçün hər şey aydındır, biz bilirik nə baş verib. Biz bunu sübut edirik. Və bilirik ki, Rusiya rəsmiləri də bundan xəbərdardır. Onlar da gözəl bilirlər nə baş verib. Ona görə də istənilən qonşu bunu etməli idi. Bizim tələbimiz təbii idi”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.