Banka kredit üçün onlayn formada müraciət etdi, kredit adına rəsmiəşdirildi, lakin vəsait başqasının kart hesabına köçürüldü.
Hadisə paytaxtda yaşayan Məmmədovlar ailəsinin başına gəlib. 8 aprel tarixində Nərmin Məmmədova “Azər Türk Bank” a müraciət edərək 2900 manat məbləğində krediti onlayn formada rəsmiləşdirib. Bank əməkdaşı pulu köçürmək üçün vətəndaşdan kart nömrəsi istəyib. Kredit götürən öz kart nömrəsini bank işçisinə təqdim edib. Lakin pul onun yox, tanımadığı başqa bir şəxsin hesabına köçürülüb. Bundan sonra baş verən prosesi Nərmin Məmmədovanın həyat yoldaşı belə izah edir.
Vətəndaş deyir ki, bank əməkdaşları ona problemin 5 iş günü içərisində həll olunacağını bildirsələr də, məsələ uzanıb.
Bank əməkdaşının məsluliyyətsizliyi səbəbindən düşdüyü duruma vətəndaş etirazını bildirir və bankdan adına rəsmiləşən kredit məbləğini tələb edir.
Məsələ ilə bağlı “Azər Türk Bank”la əlaqə saxladıq. 5 saatdan sonra bankdan bildirildi ki, problem artıq həllini tapıb. Yəni məsələ “Xəzər Xəbər”in müdaxiləsindən sonra həll olunub.
Məsələyə Mərkəzi Bankdan mövqe bildirilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: