“Əminəm ki, ümumi gələcəyimizə firavan Cənubi Qafqaz daxildir”.
APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşdən sonra Gürcüstan Prezidenti Mixeil Kavelaşvili mətbuata bəyanatında bildirib.
Gürcüstan Prezidenti deyib: “Təəssüf ki, ölkələrimiz ikili standartların hədəfinə çevrilib. Biz bu təhlükələri aradan qaldıra bildik. Heç kəs bizim üçün nəyin daha yaxşı olduğunu bilə bilməz. İnanıram ki, əlaqələrimiz daha da sürətlə inkişaf edəcək”.