Bu ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 136 ton miqdarında, 58 min ABŞ dolları dəyərində xlor idxal edilib.
Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Məlumata görə, xlor idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 34 ton və ya 33,3%, dəyər ifadəsi ilə 18 min ABŞ dolları, yaxud da 45% artıb.
Belə ki, 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycana idxal edilmiş xlorun miqdarı 102 ton, dəyəri isə 40 min ABŞ dolları idi.
Qeyd edək ki, bəhs olunan dövrdə Azərbaycana xlor Rusiya və İrandan idxal edilib.