“AzerGold” qızıl satışından ölkəyə gələn gəlirləri açıqladı

“Bu günədək qiymətli metalların yerli və xarici bazarlara satışı nəticəsində əldə olunmuş gəlir 1 milyard 292 milyon manatı ötüb”.

Bunu “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.

Onun sözlərinə görə, vəsaitin 1 milyard 231 milyard manatı ABŞ dolları ekvivalentində ixrac gəlirləri, 61 milyon manatı isə daxili satışlardan əldə edilib.

“Bu ilin ilk yeddi ayında 25,8 min unsiya qızıl və 46 min unsiya gümüşün yerli və beynəlxalq bazarlarda satışı həyata keçirilib. Nəticədə 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 19 faiz daha çox, 103,8 milyon manat gəlir əldə edilib. Bu il üçün hasilat hədəfi ötən illə müqayisədə 10 faiz, satış hədəfi 3 faiz artırılaraq 70 min unsiyaya çatdırılıb”, – deyə Zakir İbrahimov vurğulayıb.

“AzerGold” QSC-nin istismar fəaliyyəti apardığı Daşkəsən rayonunda yerləşən hasilat sahəsində bu ilin 7 ayında 34,7 min unsiya qızıl və 57,7 min unsiya gümüş hasil olunduğunu əlavə edən QSC sədri bildirib ki, ötən ilin eyni dövrü ilə müqayisədə qızılın hasilatında 49 faiz artıma nail olunub.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.