Azərbaycanda 5 bala yaxın zəlzələ olub

Masallı-Cəlilabad rayonlarının inzibati sərhədində zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanların maqnitudası 4.9, dərinliyi 13 km olub. Zəlzələ episentrdə 4 baldan artıq, yaxın ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.

Cənub bölgəsində zəlzələ zamanı bəzi insanlar narahatlıq keçirib.

Lənkəran Təcili Tibbi Yardım Xidmətindən APA-ya verilən məlumatına görə, təcili yardım briqadaları qorxu keçirənlərə yerində yardım edib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.