AzTV bir milyon manatlıq tenderin qalibini açıqlayıb

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC rəqəmsal audiovizual arxiv sisteminin yaradılması üçün lazım olan texniki vasitələrin, arxivin idarə olunması üçün xüsusi proqram təminatının, müvafiq iş və xidmətlərin satın alınması üzrə tenderə yekun vurub.

“APA-Economics” bu barədə dövlət vahid elektron satınalmalar portalına istinadən xəbər verir. Məlumata görə, tenderin qalibi “Farah İnnovations” MMC seçilib. Qalib şirkətlə 993 min 144.64 manat dəyərində müqavilə imzalanacaq.

Əvvəlki məqalə

Azərbaycanda 9 minə yaxın əcnəbi tələbə təhsil alır

Sonrakı məqalə

Prezident bu məşhur idmançıları təltif etdi –