“66 adda yeni müasir tipli silah və hərbi texnikalar yaradılmaq üzrədir”.
Bunu müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov deyib. O bildirib ki, gələn il onların seriyalı istehsalına başlanılacaq.
Müdafiə Sənayesi Nazirliyi 2007-ci ildən 2020-ci ilədək ümumilikdə 2 milyard 780 milyon manatlıq məhsul istehsal edib.
APA-nın məlumatına görə, 2007-ci illə müqayisədə 2020-ci ildə ümumi məhsul istehsalının həcmi 9,3 dəfə, müdafiə təyinatlı məmulatların həcmi isə 12,8 dəfə artıb.
Hazırda istehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşid sayı 1000 addan çoxdur.
Bununla yanaşı, nazirliyin müəssisələrində aparılan elmi tədqiqat və təcrübi-konstruktor işləri nəticəsində 400-dən artıq müdafiə təyinatlı məmulatların hazırlanması işləri başa çatdırılıb və seriyalı istehsal təmin edilib.
Müdafiə Sənayesi Nazirliyi tərəfindən əsas diqqət ixrac potensialının gücləndirilməsinə yönəldilib. Pandemiya ilə bağlı müəyyən çətinliklərin olmasına baxmayaraq, 2019-cu illə müqayisədə 2020-ci ildə ixrac edilmiş məhsulların həcmi kooperasiya nəzərə alınmaqla 37% artaraq 199,4 milyon manat təşkil edib.