Bir neçə gün əvvəl Azərbaycan və Ermənistan tərəfləri Geğarkunik bölgəsindəki Zod mədəni ərazisində demarkasiya işləri aparıblar.
AzPost bildirir ki, bu barədə “Jogovurd” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Qəzet aydınlıq gətirmək üçün Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın ofisi ilə əlaqə saxlayıb. Ofisdən verilən məlumata görə, Ermənistan və Azərbaycan nümayəndələri Zod mədəninin sərhəd bölgəsində birgə yoxlama aparıblar.
Ofisdən bildirilib ki, demarkasiya işləri Ermənistan qanunvericiliyi və Ermənistan Parlamenti tərəfindən təsdiq edilmiş “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında Dövlət Sərhədinin Demarkasiyası və Sərhəd Təhlükəsizliyi Komissiyasının və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Dövlət Sərhədinin Demarkasiyası üzrə Dövlət Komissiyasının birgə fəaliyyəti haqqında” Əsasnamə ilə tənzimlənir.