Azərbaycan XİN Çexiya Deputatlar Palatasının sədrinə cavab verib

Ayxan
Ayxan

Çexiya parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova saxta erməni rəvayətlərinə əsaslanaraq məsələləri şərh etməsəydi daha yaxşı olardı.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə paylaşım edib.

O bildirib ki, Çexiya parlamentinin Deputatlar Palatasının sədri Ermənistanın öz konstitusiyasında və qanunvericiliyində qonşularına qarşı ərazi iddialarını nə vaxt aradan qaldıracağını soruşmalı idi.

Xatırladaq ki, Marketa Pekarova Adamova Ermənistana səfər edib, Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşüb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.