Azərbaycan XİN Pakistana başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verib.

Bu barədə Nazirlik “X” platformasında yazıb.

“Pakistanda 23 əsgərin həlak olması ilə nəticələnən dəhşətli terror aktı xəbəri bizi dərindən sarsıdıb və kədərləndirib. Qardaş Pakistan İslam Respublikasına dərin hüznlə başsağlığı veririk və həmrəyliyimizi bildiririk. Biz, terrorizmin bütün formalarını kəskin şəkildə pisləyirik”, – deyə XİN bəyan edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.