Azərbaycanda ötən il qeydə alınan QİÇS xəstələrinin sayı açıqlanıb

2023-cü ildə həyatında ilk dəfə təyin olunmuş diaqnozla İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) törətdiyi xəstəliklə 886, Qazanılmış İmmunçatışmazlığı Sindromu (QİÇS) virusunun törətdiyi xəstəliklə 169 nəfər qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd olunub ki, 2023-cü ilin sonuna tibb müəssisələrində qeydiyyatda olan İİV xəstələrinin sayı 10692, QİÇS xəstələrinin sayı isə 2844 nəfərdir. Tibb müəssisələrində qeydiyyatda olan QİÇS xəstələrindən 22 nəfər 0-17 yaş aralığında olan şəxslərdirlər(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.