Azərbaycanın qərb rayonlarında güclü külək əsir

Azərbaycanın qərb rayonlarında hazırda güclü külək əsir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq Ağstafa, Tovuz, Tərtər, Bərdə, Yevlax, Şəki, Daşkəsən, Göygöldə küləyin sürəti 21 m/s-dir.

Narıncı xəbərdarlığa uyğun olaraq Mingəçevir, Gəncə, Goranboy, Naftalan, Şəmkirdə isə küləyin sürəti 26-30 m/s təşkil edir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.