Dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar “Exit-poll” keçirmək üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət daxil olmayıb.
Bunu APA-ya açıqlamasında MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bildirib.
Ş. Əsədli deyib ki, adətən, yerli seçkilərdə “Exit-poll” keçirmək geniş yayılmış praktika deyil.