Bələdiyyə seçkilərində hansı siyasi partiyalar iştirak edəcək?

- MSK açıqladı
28 Oktyabr 2019 - 16:11

Azərbaycanda bu il keçiriləcək bələdiyyə seçkilərində iştirakla bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edən siyasi partiyalar məlum olub.

Trend-in məlumatına görə, MSK-nın bu gün keçirilən iclasında bildirilib ki, indiyə qədər bələdiyyə seçkilərində iştirakla bağlı MSK-ya 7 siyasi partiya müraciət edib.

Bunlar, Yeni Azərbaycan Partiyası (YAP), Azərbaycan Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyasıdır. MSK-nın iclasında həmin partiyaların səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb və təsdiq edilib.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək.