BƏM-in Ermənistanın Laçın yolu ilə bağlı vəsatətini rədd etməsini alqışlayırıq- Azərbaycan XİN

Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın Laçın yolu ilə bağlı vəsatətini rədd etməsini alqışlayıb.

Bu barədə xarici işlər nazirinin müavini Elnur Məmmədov Tvitter paylaşımında qeyd edib.

“Azərbaycan bu gün Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın məhkəmənin 22 fevral 2022-ci il tarixli qərara düzəliş edilməsi ilə bağlı vəsatətini haqlı olaraq rədd etməsini alqışlayır. Bu məhkəmə tərəfindən yekdil qərar idi”, – Elnur Məmmədov qeyd edib.

Əvvəlki məqalə

“NATO şərq cinahını gücləndirməlidir!”

Sonrakı məqalə

Tiranada səfirliyimizin açılması əlaqələrimizin inkişafı üçün güclü iradənin mövcudluğunu göstərir