“Döz, gözəlim!”- Latviya XİN rəhbəri Zaxarovanı Putinin sözü ilə "vurdu"

Latviyanın xarici işlər naziri Edqar Rinkeviç Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Ukrayna borşunun UNESCO-nun qeyri-maddi mədəni irsi kimi tanınması ilə bağlı tənqidinə cavab verib.

Azpost.info xəbər verir ki, XİN rəhbəri cavab olaraq Putinin istehzalı ifadəsini sitat gətirib.

“Bəyən və ya bəyənmə, döz, gözəlim!” – Rinkeviç bildirib.

Zaxarova UNESCO-nun qərarına qarşı çıxaraq tarixi mənbələrdə borşdan Kiyevin rus sakinlərinin yeməyi kimi bəhs edildiyini bildirib. Onun sözlərinə görə, bu nümunə dünyaya “müasir Kiyev millətçiliyinin” nə olduğunu izah edir.

Fevralın 7-də – Ukraynaya genişmiqyaslı işğaldan əvvəl Rusiya prezidenti Vladimir Putin Minsk razılaşmalarının icrası ilə bağlı ukraynalı həmkarı Vladimir Zelenskiyə istehza ilə müraciət etmişdi.

“Kiyevdə gah deyirlər ki, Minsk razılaşmalarını yerinə yetirəcəklər, sonra da deyirlər ki, bu, onların ölkəsini məhv edəcək. Ukraynanın prezidenti də bu yaxınlarda bəyan etdi ki, Minsk razılaşmalarından bir məqam onun xoşuna gəlmir. Bəyən ya bəyənmə, döz, gözəlim. Yerinə yetirməlisiz. Başqa yolu yoxdur”, – deyə Putin bildirmişdi.

Azpost.info

Əvvəlki məqalə

Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib

Sonrakı məqalə

Sabah hava necə olacaq?