Bəzi tibb müəssisələrində tibb işçilərinin çatışmazlığı müşahidə edilir –

ÜST nümayəndələri 12 xəstəxanda monitorinq aparıb
16 Dekabr 2020 - 11:43

“8-12 dekabrda ÜST-ün Missiyası TƏBİB və Səhiyyə Nazirliyinin nümayəndələri ilə Gəncə, Tərtər, Ağdam və Bərdədə 12 tibb müəssisəsinə səfər ediblər. Missiyanın əsas məqsədi ümumi əhali üçün psixoloji və sosial dəstəyin artırılması, insanların həyatlarını xilas etmək və səhiyyə yükünün artırılması üçün yoluxma sayının artırılmasını dayandırmaq, tibb işçilərini qorumaqdır. Ümumilikdə bütün tibb işçiləri çətin dövrdə əllərindən gələni edirlər və etməyə davam edirlər”. 

Bunu Ümumdünya Səhiyyə Təşkilatının Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyasının yekunlarına dair media brifinqdə nəticələr barədə məlumat verən ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.

Onun sözlərinə görə, pandemiya xəstəxanalarda əsas tibb xidmətlərinin göstərilməsinə təsir göstərib, bəzi tibb müəssisələrində isə tibb işçilərinin çatışmazlığı müşahidə edilir: “Bütün tibb işçiləri çətin dövrdə əllərindən gələni edirlər və etməyə davam edirlər. Təcili tibbi yardım maşınları da COVİD-ə yoluxma sayının artması səbəbindən daha gərgin işləyirlər. Yoluxma sayının artması hər kəsi narahat edir. Tibb işçilərinin təhlükəsizliyi çox vacibdir, onlar arasında yoluxma və ölüm var. Bu həm də stressə bağlıdır. COVİD-ə yoluxmanın artımı hamını narahat edir. Bu səbəbdən bəzi xəstəxanalar bu virus üçün ayrılıb. Bəzi bölgələrdə laboratoriyaların yüklənməsinə görə bəzi test cavabları gecikir. Bu virus dünya miqyasında bütün tibb işçiləri üçün yenidir”.

H. Harmancı qeyd edib ki, ÜST ən çox təsirə məruz qalan bölgələrə yardım göstərmək üçün yardımını davam etdirəcək.