Bəzi xəstəliklər üzrə həkim göndərişi ləğv edilir- DETALLAR

“Biz hesab edirik ki, vətəndaş bəzi ixtisaslar üzrə ailə həkiminin göndərişi olmadan birbaşa ixtisas həkiminə müraciət edə bilər”.

“Report” xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Yeni Azərbaycan Partiyasında keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, ailə həkiminin yetərincə bilik və bacarıqları olmaya bilər: “Vətəndaşı da əziyyətə salmamaq üçün ona izah edilməlidir ki, müştərək maliyyələşmə məbləği ödəmədən birbaşa ixtisas həkiminə müraciət edə bilər. Bununla bağlı yaxın vaxtlarda məlumat verəcəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gömrük Komitəsi:

Sonrakı məqalə

“Çox kitab oxumaq, kompüter gözü zəiflətmir” –