Gömrük Komitəsi:"İranda koronavirus təhlükəsinə görə sərhəddə profilaktik tədbirlər həyata keçirilir"

“İranda aşkarlanan koronavirus təhlükəsinə görə sərhəddə profilaktik tədbirlər yüksək səviyyədə həyata keçirilir”. 

Bunu APA-ya açıqlamasında Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov bildirib.

İdarə rəisi qeyd edib ki, koronavirus təhlükəsi yaranandan bütün sərhəd-keçid məntəqələrində gücləndirilmiş iş rejimi tətbiq olunur, profilaktik tədbirlər görülür: “Hazırda nəinki İranla sərhəddə, ümumiyyətlə bütün sərhəd-keçid məntəqələrində avtomobillər dezinfeksiya olunur, termovizorlar vasitəsilə insanların hərarəti ölçülür. Şübhəli vəziyyət olanda həmin şəxslər aidiyyəti üzrə təhvil verilirlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İƏT Qəbələni 2020-ci il üçün Turizm şəhəri elan etdi

Sonrakı məqalə

Bəzi xəstəliklər üzrə həkim göndərişi ləğv edilir