Bağçalara sənəd qəbulu dayandırılır

Mayın 22-dən məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemindən istifadə müvəqqəti olaraq dayandırılacaq.

Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, səbəb 2023-2024-cü tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına hazırlıq prosesi ilə bağlıdır.

bq.edu.az elektron portalı üzərindən növbəti tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Əvvəlki məqalə

17 şirkətin İrandan Azərbaycana bibər və kivi idxalına qadağa qoyulub

Sonrakı məqalə

Azərbaycanda 101 dövlət qulluqçusu haker qurbanına çevrilib