“Bakcell” və NAR-ın şəbəkəsində texniki nasazlıq yaranıb

“Bakcell” və NAR mobil operatorlarında şəbəkə problemi yaranıb.

Problem texniki xarakterlidir.

Mobil operatorların şəbəkəsində texniki nasazlıq səbəbindən abunəçilərin rabitə və data xidmətlərinə çıxışı məhdudlaşdırılıb.

Hazırda texniki nasazlığın aradan qaldırılması üçün tədbirlər görülür.

Problemin qısa zamanda aradan qaldırılacağı gözlənilir.

“Bakcell” şirkətinin PR və korporativ kommunikasiyalar üzrə direktoru Süheylə Cəfərova “APA-Economics”ə bildirib ki, texniki nasazlıqla əlaqədar xidmətlərin göstərilməsində məhdudiyyətlər yaranıb: “Texniki heyət çətinliyin tez bir zamanda aradan qaldırılması üçün işlər görür. Yaranan çətinliyə görə dəyərli abunəçilərimizdən üzr istəyir və tez bir zamanda xidmətlərimizin bərpa olunacağını bildiririk. Abunəçilərimizə əlavə məlumat veriləcək”.

Əvvəlki məqalə

“Heç kim deyə bilməz sərhəd haradan keçir” –

Sonrakı məqalə

Yevlaxda polisin 4-cü sinif şagirdini döyməsi barədə məlumat araşdırılır –