“Bakcell”in sahibi olan şirkətdə yeni təyinat –“PAŞA Bank”ın direktoruna vəzifə verildi

“Bakcell Telekom”un sahibi olan “NEQSOL Holding”ə yeni Baş inzibatçı təyin edilib.

Azpost.info-nun xəbərinə görə, banker.az-ın əldə etdiyi məlumatda bu barədə bildirilir. Belə ki, Bu günə qədər “PAŞA Bank” ASC-də Büdcə və İdarəetmə  Hesabatları Departamentinin direktoru olan Elman Bayramov “NEQSOL Holding”-ə transfer olub. Onun dəqiq olaraq holdinqdə vəzifəsi Baş audit inzibatçısıdır.

Elman Bayramov “PAŞA Bank”da bu vəzifədə 2018-ci ilin avqustunda gəlib. O, buna qədər isə “PAŞA Holdinq” MMC-də və “EY Azerbaijan” audit şirkətində çalışmışdır.

Bayramov artıq vəzifə icrasına bu aydan başlayıb.

“NEQSOL Holding” “NORM”, “NOBEL Oil”, “NOBEL Upstream”, “Bakcell”, “AzerTelecom” və yaxın zamanlarda Ukraynada satın aldığı “Vodafone Ukrain” kimi böyük şirkətlərə sahibdir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qarabağın Azərbaycanlı İcmasının sədri namizədliyini irəli sürdü –

Sonrakı məqalə

MSK bələdiyyə seçkilərinin nəticələrini gələn il təsdiqləyəcək