Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, avqustun 19-da saat 22:00-dan avqustun 20-də saat 06:00-dək və avqustun 20-də saat 22:00-dan avqustun 21-də saat 06:00-dək Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bibiheybət məscidindən Lökbatan dairəsinədək olan hissəsində (hər iki istiqamətdə) üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işlərini həyata keçirəcək.

Bildirilir ki, işlərin aparılması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Agentlik sürücülərə iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların tələblərinə riayət etmələrini tövsiyə edir.

Əvvəlki məqalə

“Ərdoğan və Əsədin görüşü planlaşdırılmır”

Sonrakı məqalə

Nicat Abasov – Maqnus Karlsen görüşü başlayıb –