“Bakı ilə problemlərin həllinə İrəvan da töhfə verməlidir”- Rusiya XİN

“Moskva rəsmi İrəvanın da problemin həlli üçün qarşılıqlı məqbul variantların axtarışına töhfə verməsini prinsipial olaraq vacib hesab edir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O qeyd edib ki, Moskva bütün lazımi səyləri göstərir.

“Laçın dəhlizi ətrafında vəziyyətin həlli və 9 noyabr 2020-ci il tarixli üçtərəfli sazişlərin əsas axınına qayıtmaq üçün həm yerdəki Rusiya sülhməramlı kontingenti, həm də siyasi xətlər vasitəsilə lazımi səylər göstərilir. Biz rəsmi İrəvanın qarşılıqlı məqbul həll yollarının axtarışına töhfə verməsini prinsipial olaraq vacib hesab edirik”, – Zaxarova bildirib.

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Laçın dəhlizindəki vəziyyəti həll etmək üçün ona yalnız Rusiya sülhməramlıları nəzarət etməlidir. O, həmçinin qeyd edib ki, beynəlxalq müşahidəçilərin və faktaraşdırıcı missiyanın olması zəruridir.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan heç vaxt Fransa ilə münasibətlərin gərginləşməsinin səbəbkarı olmayıb

Sonrakı məqalə

“NATO Ukraynaya vəd etdiyi hərbi yardımın 98 faizini təqdim edib”