Bakı-Quba yolunda iki yük maşını toqquşub- FOTO

Bakı-Quba yolunda ağır tonnajlı yük maşınları toqquşub.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyevin APA-ya verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Bakı-Quba-Dağıstan sərhədi yolunun Siyəzən rayonu Zarat kəndi ərazisindən keçən hissəsində baş verib.

Qeyd edilən magistral yolun 84-cü km-də “Mercedes-Benz” markalı 99-UT-794 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə “KamAZ” markalı 77-JD-854 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşub.

Hadisə nəticəsində “KaMAZ” markalı nəqliyyat vasitəsinin sürücüsü Əhmədov Etibar yüngül bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqalə

Hindistanda 2 mindən çox kişi həbs edildi

Sonrakı məqalə

Rusiya, Türkiyə və Suriyanın hərbi nümayəndə heyətlərinin görüşü olacaq