Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 10-16-cı km-lik hissəsində yol-nəqliyyat hadisələri zamanı sıradan çıxmış əyrixətli dəmir tirlərin təmiri və dəyişdirilməsi işləri aparılır.
APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi(AAYDA) məlumat yayıb.
Məlumatda deyilir ki, təmir işləri bu gün saat 10:00-dan 16:00-dək aparılacaq.
Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.