Bakı şəhər DYP-nin ictimai əlaqələr bölməsinə yeni rəis təyin olunub

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə bölməsinin yeni rəisi təyin olunub. 

Azpost.info Avtosfer.az-a istinad’n bildirir ki? bu barədə Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən polis kapitanı Toğrul Nəsirli yeni təyinat alıb.

Qeyd edək ki, Toğrul Nəsirli Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru vəzifəsində çalışırdı.

Toğrul Nəsirli əslən Səlyan rayonundandır. Əvvəllər Space və ARB televiziyalarında müxbir işləyib. Sonradan Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupunun rəhbəri təyin edilib. Bir müddət əvvəl Bakı şəhər DYP İdarəsində Vaqif Əsədovla birlikdə çalışsa da sonradan Baş DYP İdarəsində xidməti davam etdirib.

Əvvəlki məqalə

“Telegram”da saxta dələduzluq səhifələri yaradılıb

Sonrakı məqalə

Övladında qızılca ilə bağlı hər hansı simptom müşahidə edilən valideynlər dərhal tibb müəssisələrinə müraciət etsinlər