“Bakı sülh müqaviləsi ilə bağlı təkliflərimizə reaksiya verməyib” –Baş nazirinin müavini Qriqoryan

“Bakı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı erməni tərəfinin yeni təkliflərə hələlik reaksiya verməyib”.

Azpost.info bildirir ki, bunu bu gün, sentyabrın 4-də Yerevanda keçirilən beynəlxalq arbitraj konfransı zamanı jurnalistlərə müsahibəsində Ermənistanın baş nazirinin müavini Mger Qriqoryan bildirib.

“Məndə olan məlumata görə, hələlik son təkliflərə reaksiya yoxdur”, – Qriqoryan deyib.

Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 25-də hökumətin iclasında bəyan edib ki, Ermənistan tərəfi Azərbaycan tərəfinə Ermənistan arasında sülh müqaviləsi ilə bağlı yeni təkliflər təqdim edib.

 

Azpost.info

Əvvəlki məqalə

“Dərdimizə dərman oldunuz”

Sonrakı məqalə

“Paşinyanın Rusiya ilə bağlı bəyanatlarından son dərəcə narazıyıq”