“Paşinyanın Rusiya ilə bağlı bəyanatlarından son dərəcə narazıyıq”- Moskvadan REAKSİYA

“Moskva Ermənistan Baş naziri Nikol Paşinyanın İtaliya mətbuatına müsahibəsində Rusiya ilə bağlı bəyanatlarından son dərəcə narazıdır”.

Azpost.info xəbər verir ki, bunu TASS-a diplomatik mənbə bildirib.

Mənbə qeyd edib ki, Paşinyanın İrəvanın təhlükəsizlik sahəsində Rusiyadan asılılığının yanlış olması barədə dediyi sözlər qəbuledilməz hesab edilib.

“Moskva Ermənistan rəhbərliyinin son ictimai bəyanatlarından son dərəcə narazıdır. Öz yanlış hesablamalarına və səhvlərinə görə məsuliyyəti Rusiyanın üzərinə atmaq niyyəti ilə onları ton və məzmun baxımından qəbuledilməz hesab edirik”, – mənbə bildirib.

Agentliyin həmsöhbəti onu da qeyd edib ki, Moskvanı Cənubi Qafqazdan süni şəkildə sıxışdırmağa çalışırlar, Qərb dövlətləri isə bu məqsədə çatmaq üçün İrəvandan bir alət kimi istifadə edirlər. O vurğulayıb ki, Rusiya Ermənistanın ən yaxın dostu və qonşusu kimi regionu tərk etmək niyyətində deyil.

Diplomatik mənbə İrəvanı Qərbin əlində alət olmamağa çağırıb.

Azpost.info

 

Əvvəlki məqalə

“Bakı sülh müqaviləsi ilə bağlı təkliflərimizə reaksiya verməyib” –

Sonrakı məqalə

Putin-Ərdoğan görüşündən sonra hansısa sənəd imzalanacaqmı?