Bakı, Sumqayıt və Abşeronda pensiyalar aprelin 8-də ödəniləcək

06 Aprel 2021 - 14:40

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların ödənilməsi aprel ayının 8-i tarixinə nəzərdə tutulur.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentindən bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisnadır.