Bakı-Sumqayıt yolunda “Prius” qadını vuraraq öldürüb

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 09.10.2024-cü il tarixində saat 22:00 radələrində Bakı-Sumqayıt yolundan piyadavurma hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım heyəti tərəfindən təxminən 50-55 yaşlarında şəxsin (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

***

Bakı-Sumqayıt yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Toyota Prius” minik avtomobili yolu keçən qadını vurub.

Piyada hadisə yerində ölüb. Əraziyə polis əməkdaşları cəlb edilib.

Qeyd edək ki, minik avtomobilinin sürücüsü hadisə yerindən qaçıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.