“Bakı və İrəvan arasında sülhə kömək etməyə hazırıq” –Polşa prezidenti İrəvanda bəyanat verdi

“Polşa Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllini dəstəkləməyə hazırdır”.

Azpost.info bildirir ki, bu sözləri İrəvanda səfərdə olan Polşa prezidenti Anjey Duda həmkarı Vahan Xaçaturyanla birgə keçirdiyi mətbuat konfransında bildirib.

Duda Qafqaz regionunda sülh və sabitliyin olmasının vacibliyini vurğulayıb. O, bölgədəki mövcud qeyri-sabit vəziyyətə toxunub və Rusiyanın Ukraynaya təcavüzünün öz təsirini Qafqaza da göstərdiyini bildirib.

O, münaqişənin sülh yolu ilə həllinin Avropa regionu üçün prioritet olduğunu vurğulayıb. Polşa prezidenti bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələlərini müzakirə edib.

“Mən COP-29 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə də bu mövzuda danışmışam. Sülh Avropa regionu üçün vacibdir. Lazım gələrsə, biz kömək etməyə hazırıq”, – deyə Duda yekunlaşdırıb.

Azpost.info

Əvvəlki məqalə

Masallıda 40 yaşlı kişi qətlə yetirilib, 24 yaşlı oğlan tutulub

Sonrakı məqalə

Bu il Rusiyadan çıxarılan əcnəbilərin sayı 37 faiz artıb