Bakı və Moskva arasında protokol imzalanıb

- Mədəni əməkdaşlıq haqqında
24 Yanvar 2020 - 15:52

Bakı və Moskva arasında mədəni əməkdaşlıq haqqında protokol imzalanıb.

“Report”un məlumatına görə, sənəd “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində imzalanıb.

Sənədi Azərbaycan tərəfdən Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, Rusiya tərəfindən isə Moskva Şəhər Mədəniyyət Departamentinin rəhbəri Aleksandr Kibovski imzalayıb.