Bakı və Moskva ekspertlər səviyyəsində terrorçuluqla mübarizə məsələlərini müzakirə edib

Bakı və Moskva Azərbaycan və Rusiya Təhlükəsizlik Şuralarının rəhbərlərinin görüşü çərçivəsində ekspert məsləhətləşmələri keçirib.

Məsləhətləşmələr təsdiq olunmuş plana əsasən keçirilib. Məsləhətləşmələr zamanı terrorçuluqla mübarizə, ekstremizm ilə mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, həmçinin informasiya təhlükəsizliyinə dair əməkdaşlıq məsələləri müzakirə olunub”, – deyə Azərbaycan Təhlükəsizlik Şurasından məlumat verilib.

Ekspert danışıqlarda Azərbaycan tərəfinə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev, Rusiya tərəfinə – Rusiya TŞ katibinin müavini Rəşid Nurqəliyev rəhbərlik edib.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir