Bakıda ər həkim olan həyat yoldaşına 14 bıçaq zərbəsi vurub

Bakının Suraxanı rayonunda ailə məişət zəmnində dava zamanı qadın bıçaqlanıb.

Hadisə Əmircan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1973-cü il təvəllüdlü Balabəyova Arzu Bəxtiyar qızı əri ilə mübahisə zamanı bıçaqlanıb. Ona əri ümumilikdə 14 bıçaq zərbəsi vurub. Yaralı ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktı Suraxanı Rayon Polis 33-cü Polis Bölməsinin əməkdaşları araşdırır.
Qeyd edək ki, A.Balabəyova Bakıxanov qəsəbəsində yerləşən özəl klinikaların birində həkim işləyir. (APA)

Əvvəlki məqalə

Şəkidə dəhşətli qətlin təfərrüatları məlum oldu

Sonrakı məqalə

İslam Əməkdaşlıq Təşkilatının Sammiti Azərbaycanda keçiriləcək