Bakıda avtobusun iştirakı ilə baş verən qəzada 9 maşına ziyan dəyib

DİN-in Baş DYP İdarəsi dünən paytaxt ərazisində avtobusun iştirakı ilə baş vermiş zəncirvari qaza barədə açıqlama yayıb.

BDYPİ-dən daxil olan məlumata görə, dünən paytaxtın S.S.Axundov küçəsində “Azadlıq” metro stansiyasının çıxışında “Daewoo” markalı 10-TG-828 nömrə nişanlı avtobusun əyləcinin tutmaması səbəbindən yol nəqliyyat hadisəsi baş verib, ölüm halı olmasa da, 9 avtomobilə maddi ziyan dəyib: “Təəssüflər olsun ki, son zamanlar istismara yararsız avtobus və mikroavtobuslarla sərnişin daşıma hallarına tez-tez rast gəlinir. Yollarda təhlükəsizliyin təmin olunması və baş verə biləcək ağır qəzaların qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi respublika ərazisində sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin bir daha diqqətinə çatdırır ki, reysqabağı avtobus və mikroavtobusların texniki vəziyyətinin yoxlanılmasını ciddi nəzarətdə saxlanılsın, xüsusən yay aylarında sürücülərin tibbi müayinəsinə və iş rejimlərinə nəzarət gücləndirilsin”.

Əvvəlki məqalə

Ukrayna Mixeil Saakaşvilinin ekstradisiyasını tələb edib

Sonrakı məqalə

“Ermənistan-Azərbaycan sülh müqaviləsinin hazırlanmasında dəstəyə hazırıq”