Bakıda Azərbaycan və Avropa İttifaqı arasında təhlükəsizlik dialoqu keçirilib

Bakıda Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında təhlükəsizlik dialoqunun üçüncü raundu keçirilib.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” səhifəsində paylaşım edib.

“Mən Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibinin müavini Enrike Moraya regional məsələlər, enerji/kiber təhlükəsizlik, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qanunsuz miqrasiya və s. mövzulara dair məhsuldar fikir mübadiləsinə görə minnətdaram”, – Hikmət Hacıyev qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Arnold Şvartsnegger rus xalqına və Putinə müraciət etdi:

Sonrakı məqalə

Ərdoğan Putinə Zelenski ilə İstanbulda görüşməyi təklif edib