Metronun müxtəlif stansiya və keçidlərində qohumu olan 4 azyaşlını dilənçiliyə sövq edən qadın saxlanılıb.
Azpost.info bildirir ki, bu barədə DİN mətbuat xidməti məlumat verib.
Bu şəxsin Bərdə rayon sakini 1984-cü il təvəllüdlü Rəna Məmmədova olduğu məlum olub. Onun barəsində məhkəmə qərarı ilə 10 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunub.