Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

Bakıda bağ evlərinin kirayəsi nə qədərdir? –

User 16 İyun 2025 - 16:55 (Last updated: 16 İyun 2025 - 16:46)
bag_evi
2023 və 2024-cü illərlə müqayisədə dənizətrafı ərazilərdə kirayə qiymətlərində çox ciddi artım var. Demək ki, tələb var, qiymətlər də məhz buna görə belədir. Qiymət artımı ümumi olaraq daşınmaz əmlakın bahalaşmasından irəli gəlir.
Bunu  Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.
O bildirib ki, Rusiya-Ukrayna müharibəsindən sonra qiymətlər çox ciddi şəkildə artıb:
“İnşaat materiallarının ölkəmizə gətirilməsində yaranan problemlərin meydana gəlməsi, qlobal inflyasiya, manatın alıcılıq qabiliyyətindəki dəyişikliklər, ölkə iqtisadiyyatının böyüməsi və inkişafı, daşınmaz əmlakın investisiya cəlbediciliyinin artması ümumi qiymətlərə təsir göstərdi. Bu artım tendensiyası indi də davam edir.
Əvvəl bir ayın kirayə haqqı 800-1500 manatadək idi. İndi isə ən yaxşı halda 3000 manata ev tapmaq olur. Son üç ildə qiymət artımı tendensiyası təqribən 30-35% olub. Nəticədə 90%-dək qiymət artımının şahidi olmuşuq”.
V.Oruc vurğulayıb ki, bu istiqamətdə ciddi biznes maraqları formalaşıb.
“Sahibkarlar görürlər ki, əhalinin yay dövründə kirayə ev axtarmaq cəhdləri artır, bu istiqamətdə addımlar atırlar. Mərdəkan, Novxanı, Şüvəlan, Bilgəh istiqamətində boş torpaq sahələrini alırlar, villalar tikirlər, bunları ya alqı-satqı məqsədilə bazara çıxarırlar, ya da mövsümi olaraq kirayə verilir”.
Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə isə deyib ki, hər il yay mövsümü başlayarkən, xüsusilə iyun, iyul, avqust aylarında paytaxtın bağ evi kirayəsi ilə məşğul olan rieltorlar, ev sahibləri ənənəvi olaraq evlərin qiymətini artırırlar:
“Çünki bu, təbiidir, ehtiyac yaranır, təklif çoxalır, qış aylarında kirayə verə bilmədikləri evi yay aylarında daha yüksək qiymətə verməklə gəlirlərini kompensasiya etmək istəyirlər. Bu il bir qədər fərqli olaraq artıq günlük kirayələrin sayı artmağa başlayıb. Əvvəllər bağ evləri daha çox mövsümi verilirdisə, bu il günlük kirayələr artıb. Bu, yenilikdir. Günlük 200-250 manata evlər təklif olunur. Həyət evlərinin kirayə dəyəri bağ evlərindən daha aşağıdır. Fərdi yaşayış evlərinin qiyməti 1000 manatdan başlayır. Əgər hovuz varsa, qiymət 1800-2000 manat aralığında dəyişir. Aylıq verilən evlərin orta qiyməti 3000 manat təşkil edir. Aylıq kirayəsi 5000 manatdan çox olan evlər də var”.
R.Qasımzadə əlavə edib ki, mənzillərdə dəniz yaxınlıq məsafəsindən asılı olaraq qiymətlər dəyişir.
“Dənizə daha yaxın mənzillər daha baha olur. Ən bahalı evlər Bilgəh, Buzovna, Şüvəlan, Mərdəkan və Novxanıdadır. Əvvəlki illərdə hətta 10 min manata da evlər təklif edilirdi. Amma indi belə hallara az rast gəlinir. Bəzi bağ evlərinin həyətində hovuzla yanaşı, tennis kortu, mini futbol və basketbol meydançası, ev kinoteatrı olur, hər bir şəraitlə təchiz olunur, bu evlərin qiyməti, sözsüz ki, daha yüksək olur”, – deyə o fikrini tamamlayıb. (Trend)

AzPost.az

Post navigation

Previous: İsrail Ordusu Tehrana raket qurğuları daşıyan yük maşınlarına zərbə endirib
Next: “ABŞ-la danışıqlar yalnız İsrailin hücumları dayanarsa davam edəcək”-

Oxşar xəbərlər

rus liman
  • Katogriyasız

Rusiyanın ən böyük limanı PUA-larla vuruldu- Yanğın başladı, yaralılar var

User 11 Noyabr 2026 - 10:34
erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41

xƏBƏR

ukrayna ordu
  • Dünya

Ukrayna ordusunu saxlamaq üçün Qərbdən 10 illik maliyyə dəstəyi istəyir

User 11 Noyabr 2026 - 12:30
Ukrayna təhlükəsizlik təminatları ilə bağlı müzakirələr zamanı Qərb müttəfiqlərindən 800 min nəfərlik ordunun saxlanılması üçün maliyyə dəstəyi...
Read more about Ukrayna ordusunu saxlamaq üçün Qərbdən 10 illik maliyyə dəstəyi istəyir
İran ayda 50 ballistik raket istehsal edə bilir – 1700-dən çox raketi var iran raket
  • Dünya

İran ayda 50 ballistik raket istehsal edə bilir – 1700-dən çox raketi var

User 11 Noyabr 2026 - 12:23
Şəhid anası 6 ildir yataqxanada yaşayır – “Oğlumu Vətənə verdim, özümə sahib çıxan yoxdur” yataqxana
  • Sosial

Şəhid anası 6 ildir yataqxanada yaşayır – “Oğlumu Vətənə verdim, özümə sahib çıxan yoxdur”

User 11 Noyabr 2026 - 12:13
Azərbaycanda saatlıq maaş tətbiq oluna bilər – İlk olaraq hansı sahələri əhatə edəcək? aqrar03
  • İqtisadiyyat

Azərbaycanda saatlıq maaş tətbiq oluna bilər – İlk olaraq hansı sahələri əhatə edəcək?

User 11 Noyabr 2026 - 12:05
Azərbaycanın neft hasilatı azalır – Büdcə və manat üçün nə dəyişəcək? neftimage
  • Baş Yazı

Azərbaycanın neft hasilatı azalır – Büdcə və manat üçün nə dəyişəcək?

User 11 Noyabr 2026 - 12:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.