Bakıda bağlanmış “Əbu Bəkr” məscidi açılacaq? –Minarənin uçma təhlükəsi yaranıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Əbu Bəkr” məscidinin açılması məsələsinə aydınlıq gətirib.

Komitə sədri bildirib ki, “Əbu Bəkr” məscidində təmir işlərinə ehtiyac var: “Orada minarənin uçma təhlükəsi ilə əlaqədar məscid indiki şəraitdə fəaliyyət göstərmir. Texniki xarakterli bərpa işləri ilə əlaqədar araşdırmalar gedir. Bunlar başa çatandan sonra Qafqaz Müsəlmanlar İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və müvafiq icra strukturu ilə birgə məsələ müzakirə olunaraq qərar qəbul ediləcək. Məscidin açılışı təmir işlərinin başa çatmasından asılıdır”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Moskva” univermağının sahibi vəfat edib

Sonrakı məqalə

“Qasım Süleymani xeyirə, ədalətə xidmət edən şəxs olmayıb” –