Bakıda bu iaşə obyektində saxta spirtli içkilər aşkarlanıb- FOTO

Bakı şəhəri, Nəsimi rayonu, M.Qardaşları küçəsi, ev 22 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Hidayətov Raman Qadağa oğluna məxsus “London Pub” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların bir sıra tələblərinin pozulduğu müəyyən edilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, iaşə obyektində aşkar saxtalaşdırma əlamətləri olan və idxal sağlamlıq aktı olmayan spirtli içkilər aşkarlanıb. Obyektdə 2 ədəd 0,7 litrlik “Аrxangelskaya” əmtəə nişanlı, 1 ədəd 1 litrlik “Finlandia” əmtəə nişanlı, 1 ədəd 0,7 litrlik “Organic Line” əmtəə nişanlı, 1 ədəd 0,5 litrlik və 1 ədəd 0,7 litrlik “Nemiroff” əmtəə nişanlı spirtli içki məhsullarının satıldığı məlum olub.

Faktla bağlı qanunvericiliyə uyğun şəkildə obyektin rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, saxta məhsulların satışının qarşısı alınıb və dövriyyədən çıxarılaraq məhv edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.