Bakıda COVID xəstələrinə yardım göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılır.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, bu müddət noyabrın 1-nə kimi uzadılıb.

Qeyd edək ki, əvvəl bu müddət sentyabrın 1-nə kimi nəzərdə tutulmuşdu.

Əvvəlki məqalə

“Nüvə dövləti liderinin belə bəyanatlar verməsi məsuliyyətsizlikdir” 

Sonrakı məqalə

Əvəz Zeynallı ev dustaqlığına buraxılmayıb