Bakıda dənizdə bir nəfər batıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi Yaşayış massivinin yaxınlığında, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

Əvvəlki məqalə

Şimali Koreya yenə Cənubi Koreyaya zibil bağlanmış 310 şar göndərib

Sonrakı məqalə

“Havada quş kimi uçursan, aşağı və ya yuxarı yoxdur” –