Bakıda Fransa Koloniyalarının Beynəlxalq Azadlıq Cəbhəsi yaradılıb

Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı Bakı Təşəbbüs Qrupunun dəstəyi və Fransa müstəmləkəçiliyindən əziyyət çəkən bir sıra dövlətlərin rəsmi nümayəndələrin iştirakı ilə Bakıda keçirilən I Qurultayının yekunlarına dair Beynəlxalq Azadlıq Cəbhəsinin Yaranması Haqqında Bəyannamə imzalanıb.

Sənədi qurultay iştirakçısı olan 14 müstəmləkə dövlətinin təmsilçiləri imzalayıblar.

 

Beynəlxalq Azadlıq Cəbhəsinin internet saytı yaradılıb.

Bu barədə Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov məlumat verib.

O bildirib ki, ictimaiyyət http://fildecof.org ünvanında fəaliyyət göstərəcək internet resursunda sözü gedən qurumun fəaliyyəti, həyata keçirdiyi layihələr və digər yeniliklərlə bağlı ətraflı informasiya əks olunacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.