Bakıda güclü külək daha 13 ağacı sındırıb

Hazırki vaxta kimi daha 13 ağacın sınması faktı qeydə alınıb.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən APA-ya verilən xəbərə görə, həmin ağaclar kəsilərək, ərazi təmizlənib.

Küləkli hava şəraiti ilə əlaqədar birlikdə operativ qruplar yaradılıb və ağacların qırılmasına dair məlumat daxil olduqda onlar dərhal hadisə yerinə gələrək fəsadları aradan qaldırırlar.

Əvvəlki məqalə

Prezident İTV-yə maliyyə yardımı ayırdı

Sonrakı məqalə

Azərbaycan və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub